Cavanşirin

Cavanşirin "kürəkəni" "yalan dedektoru"nda nələri AÇIQLADI? - VİDEO

Hazırda oxunan: Cavanşirin "kürəkəni" "yalan dedektoru"nda nələri AÇIQLADI? - VİDEO

145544

Xəbər verdiyimiz kimi, "Təsir dairəsi” ictimai-sosial verilişində Əməkdar artist Cavanşir Məmmədov və qızı Xatirənin sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa arasındakı qalmaqal səngimək bilmir.  

Bizim.Media xəbər verir ki, proqramın bugünkü canlı efirində tərəflər arasında kimin haqlı və kimin haqsız olduğunu üzə çıxartmaq üçün Mustafa "Yalan dedektoru"na əyləşib. 

Mustafa "Yalan dedektoru"na əyləşəndən sonra aparıcı Lalə Azərtaş qarşı tərəfə suallar ünvanlayıb.

Həmin suallar isə belə olub:

 ⁃ Lalə: "İstintaq dönəmindən əvvəl Cavanşir Məmmədova pul vermisən?".

 ⁃ Mustafa: "Cavanşir məndən istintaq dövründə 10 min dollar alıb. Amma ondan əvvəl xeyr. Bundan əvvəl qızı ilə münasibətdə olduğum dönəmdə də Cavanşirə pul verməmişəm. 

 ⁃ Lalə: "Cavanşir Məmmədovdan pul almısan?"

 ⁃ Mustafa: "Xeyr, almamışam".

 ⁃ Lalə: "Cavanşir Məmmədovun ailə üzvlərindən yəni qızı və anasından pul almısan?",

 ⁃ Mustafa: "Bank hesabıma pul yatırdılar, aldım. Mən onlardan əlbəəl pul almamışam. Hesabıma yatırıblar pulu. Mən Cavanşirin Nizami metrosunda olan evində üç il yarım qalmışam".

 ⁃ Lalə: "Cavanşir Məmmədovun qızı Xatirənin sənə borcu var?".

 ⁃ Mustafa:  "Xatirənin mənə borcu var".

 ⁃ Lalə: "Xatirə Məmmədova ilə "Facebook"da tanış olmusan?".

 ⁃ Mustafa: "Bəli, Xatirə ilə mən "Facebook"da tanış olmuşam".

 ⁃ Lalə: "Deyirlər ki, Mustafanın məqsədi Cavanşirin qızı ilə evlənib, varlanmaq olub?".

 ⁃ Mustafa: "Xeyr, heç zaman! Mən onsuz da varlı idim. Atamın torpaqları var.  Antepdə yaşayanlardan soruşsunlar".

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. 

Belə ki, o, iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. 

M.İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

N.Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. Mustafa isə efirə gələrək yardım istəyib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO