Xəbər verdiyimiz kimi, "Təsir dairəsi” ictimai-sosial verilişində Əməkdar artist Cavanşir Məmmədov və qızı Xatirənin sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa arasındakı qalmaqal səngimək bilmir.
Proqramın ötən buraxlışında xanım tamaşaçının “Cavanşir Məmmədov verilişdən əvvəl bizə yaxınlaşaraq onun tərəfini saxlamağımıza görə 100 manat pul təklif edib” deməsinin sübutu üzə çıxıb.
Bizim.Media xəbər verir ki, verilişin bugünkü buraxlışında proqramın aparıcısı Lalə Azərtaş tamaşaçı ilə Əməkdar artist arasında baş verən mübahisənin görüntülərini təqdim edib.
Sözügedən kadrlarda Cavanşir Məmmədov cibində olan bir neçə manatı çıxararaq “Baxın görün heç cibimdə 100 manat var ki, bunlara verim? Baxın! Mən sizə 100 manat təklif etmişəm? Yalançının balası ölsün, meydinin görəsən. Əgər 100 manat pul təklif etmişəmsə yaxşı eləmişəm” sözlərini dilə gətirib.
Bundan sonra həmin tamaşaçı xanım bildirib ki, Cavanşir onu və nəslinə nalayiq ifadələr dediyinə görə, məhkəməyə verəcək.
Sonra isə xanım tamaşaçı əlavə edib ki, müğənni efir qarşısında dediyi təhqirlərə görə ondan və nəslindən üzr istədiyi təqdirdə məhkəmə olmayacaq.
Rəşad Əliyev, Bizim.Media