Sərxan: “Aygün və Röya kimi xarici ulduzlar toya 250 min dollara gedirlər” – VİDEO 

Sərxan: “Aygün və Röya kimi xarici ulduzlar toya 250 min dollara gedirlər” – VİDEO 

Hazırda oxunan: Sərxan: “Aygün və Röya kimi xarici ulduzlar toya 250 min dollara gedirlər” – VİDEO 

145463

“Bizim müğənnilərimiz xarici ifaçılardan 10 dəfə daha dəyərli və qiymətlidir. 10 dəfə onlardan artıq çalışsaq da, 50 qat az qonorar alırıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı və aktyor Sərxan Kərəmoğlu “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, Xalq artistləri Aygün Kazımova və Röya Ayxan kimi xarici ulduzlar toya 250 min dollara gedirlər: 

“Bu gün toya 10 minə gedən kimdir ki? Röya Ayxan və Aygün Kazımovanın adını eşitmişəm. Heç onlar toya 10 minə yox, 8 min manata gedirlər. Röya və Aygün kimi eyni ulduzları Türkiyədə və Rusiyada götürün, görüm, 250 min dollardan aşağı toya gətirə bilərsiniz? 10 min pul nədir? Bir ulduzu ki, ölkədə 10 milyon insan var və o 10 milyonun hamısı sevir. Niyə o ulduz 10 minə getməsin ki? Məni, misal üçün ölkədə 50 faiz insan sevir, 50 faiz isə yox. Amma Röya ilə Aygünü 10 milyon insanın hamısı sevir”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO