Şəbnəm: “Avtomobilini gizlincə idarə etdiyim üçün atam mənə sillə vurmuşdu” – VİDEO 

Şəbnəm: “Avtomobilini gizlincə idarə etdiyim üçün atam mənə sillə vurmuşdu” – VİDEO 

Hazırda oxunan: Şəbnəm: “Avtomobilini gizlincə idarə etdiyim üçün atam mənə sillə vurmuşdu” – VİDEO 

145434

Müğənni Şəbnəm Tovuzlu kiçik yaşlarında atasının avtomobilini ondan xəbərsiz idarə etdiyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Özəl” verilişində deyib. 

Həddən artıq maşınlara həvəsinin olduğunu bildirən Şəbnəm deyib ki, 11 yaşında valideyninin qırmızı rəngli “011” markalı avtomobilini “otverka” ilə açaraq nəqliyyat vasitəsinin sükanı arxasına əyləşib: 

“O zaman 11 yaşım var idi. Atam öz qucağında məni otuzdurub maşın sürməyi öyrətmişdi. Artıq hər şeyi bilirdim. Tək və ərkəsöyün böyümüşəm. Çox dəcəl uşaq olmuşam. Az qalırdı ki, ayağımdan tutub zəncirə bağlasınlar. Atamın ilk silləsi 11 yaşımda olub. Yay ayları idi. Atamın avtomobilini “otverka” ilə açmışdım. Açar olmadığından sükan arxasındakı iki “şnur”u bir-birinə toxundurub avtomobili iş salmışdım”. 

Şəbnəm bildirib ki, qohumları onun müğənni olmasına üsyan qoparsalar da, atası isə onun musiqi təhsili almasına dəstək çıxıb: 

“Nənəmlə anam heç musiqi məktəbinin yanından keçməyə icazə vermirdi. Nəslimiz və ailəmiz böyük idi. Nəsildə bir tək müğənni mən idim. Qohumlarımızın hamısı ali savadlı insanlardır. Heç kim müğənni olmağımı istəmirdi. Bir tək atam mənə dəstək oldu və məni xəlvət musiqi məkəbinə yazdırdı. Orada təhsil aldım və bunu heç kim də bilmədi”. 

Qeyd edək ki, Ş.Tovuzlunun iki öladı var – Günel adlı qızı və Əli adlı azyaşlı oğlu. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO