Elşad Xose: “Hüseyn Dərya narkotikə mənə görə başlayıb” - VİDEO

Elşad Xose: “Hüseyn Dərya narkotikə mənə görə başlayıb” - VİDEO

Hazırda oxunan: Elşad Xose: “Hüseyn Dərya narkotikə mənə görə başlayıb” - VİDEO

145014

“Mərhum Hüseyn Dərya ilə təzə-təzə münasibətimiz yaxşı idi. Qısqanc, paxıl insan deyildi, bacardığım qədər də kömək edirdim. Hüseyn məşhurlaşdıqdan sonra Anar Nağılbaz onu qısqanmağa başladı. Anar gah o, gah da bu tərəfdə olurdu. Mənim nə “Dəyirman” qrupu, Anar Nağılbazla nə də Hüseyn Dərya ilə mübarizə aparmağa ehtiyacım olub. Onun təxəllüsünü belə, mənim verdiyim müsahibə ona bağışlayıb: o, akuladırsa, mən də dəryayam. Belə bir şey dedim, o da Dərya kimi tanındı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri repçi Elşad Xose mərhum həmkarı Hüseyn Dərya ilə bağlı “Baku TV”yə müsahibəsində deyib. 

Elşad illərlə Hüseynlə illərlə aralarında yaşanan qalmaqallardan söz açıb. Xose bildirib ki, onun ucbatından Hüseyn pis vərdişlərə qurşanıb:  

“Biz dost ola bilərdik, onu özümdən uzaq saldım. Dedim ki, sən hələ cavansan, bir az öyrən. Qırıldı və ona təsir etdi. Bir dəfə onu bulvarda bıçaqlamışdılar, elə bilirdi ki, mənlikdir. Sənətimiz, tərzimiz, dinləyicimiz fərqli idi. Kəmiyyət onda idi, keyfiyyət məndə.

Onun bəzi davranışı, mahnıları, həyat tərzi mənim ona vurduğum pisliklərdən daha çox pislik edirdi. Ona nəsə etməyimə ehtiyac yox idi. Narkotikə də mənə görə gəlib. İnsan öləndə qədri bilinir. Sosial şəbəkədə onu ağzıdolu tərif edənlər heç bilmir ki, qəbri haradadır”. 
Qeyd edək ki, Hüseyn Dərya 2014-cü ildə dəhşətli avtomobil qəzasında dünyasını dəyişib. 
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO