Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl müğənni Əminə Şirin efirdə plastik əməliyyat etdirəcəyinin anonsunu vermişdi.
Bizim.Media xəbər verir ki, sənətçi yerli klinikaların birində əməliyyat olunub.
Əminə bədənşəkilləndirmə əməliyyatı etdirdiyini açıqlayıb. Cərrah masasında narkoz verilərkən çəkilən görüntülərini sosial şəbəkə hesabında paylaşan Şirin bildirib ki, əməliyyatı uğurla keçib.
Lakin bir neçə saatdan sonra ifaçı qoluna tibb bacısı tərəfindən iynə vurulan kadrlarını paylaşaraq rus dilində “Dözülməz ağrılarım var... Həm mənəvi, həm də fiziki”, deyə qeyd edib.
Rəşad Əliyev, Bizim.Media