Əməkdar artist Cavanşir Məmmədov şair və yazıçı Anar Vəziroğlu arasında canlı efirdə mübahisə yaşanıb.
Bizim.Media xəbər verir ki, "Təsir dairəsi" ictimai-sosial verilişdə ekspert qismində iştirak edən Vəziroğlu probleminin həlli üçün proqrama gələn Məmmədoğlunu "ağzına yiyəlik etməmək"də tənqid edib.
Şair çıxışını bu sözlərlə davam edib:
"Cavanşir, sən ağzına yiyəlik etmirsən. Əgər sən Xalq və Əməkdar artistisənsə danışdığın hər sözə fikir verməlisən. Bu 20 ildə bir adam çıxıb demədi ki, bu səhvi eləmisən".
Anarın bu sözlərinə əsəbiləşən Cavanşir "od püskürüb":
"Mən ağzımın yiyəsiyəm. Amma sən deyilsən. Bitir bu söhbətləri. Sənin işin nədir, gəlmisən buraya. Azərbaycanda jurnalistlər arasında ən çox danlanan sənsən Anar. Sən də, mən də çox səhvlər eləmişik. Bura məhkəmə deyil. Sən iki tərəfə işləyirsən".
Müzakirənin başqa yönə istiqamətləndiyini görən verilişin aparıcısı Lalə Azərtaş ikili arasında gedən söz savaşına son qoyulmasını istəyib. Bundan sonra müğənni ilə şair çılğın çıxışlarına nöqtə qoyublar.
Rəşad Əliyev, Bizim.Media