Azər Zeynalovun heç yerdə yayımlanmayan arxiv videosu ÜZƏ ÇIXDI - VİDEO

Azər Zeynalovun heç yerdə yayımlanmayan arxiv videosu ÜZƏ ÇIXDI - VİDEO

Hazırda oxunan: Azər Zeynalovun heç yerdə yayımlanmayan arxiv videosu ÜZƏ ÇIXDI - VİDEO

144691

Azərbaycan və Dağıstanın Xalq artisti Azər Zeynalov arxiv videosu ilə gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, “Söhbət var” verilişi 58 yaşlı sənətçinin yeniyetməlik illərində lentə alınan görüntülərini yayımlayıb. 

Sözügedən kadrlarla bağlı Zeynalov proqramda bunları söyləyib: 

“Uşaq vaxtı “Vətən” kinoteatrının həyətində yaşayırdım. Orada da uşaqlıq dostum Rauf Əliyev vardı. O, rəssam idi. O çox istedadlı idi. Həmin görüntüləri isə ikimiz çəkmişik. Mən onun, o isə mənim kadrlarımı çəkirdi. Amma kadrlarda ikimiz olanda kameranı “ştativ”in üstünə qoyub, yandırıb, çəkirdik. Bu kadrlar 10-cu sinifdə oxuduğumuz illərə təsadüf edir. Biz heç bilmirdik nədən bəhrələnirdik. Sadəcə olaraq elə təsəvvür edib, çəkirdik. Kinokameranı özüm almışdım. Evdə bir neçə ədəd kinokameralarım var. Onları kolleksiya kimi toplamışam, baxıb ləzzət alıram”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO