Cavanşir

Cavanşir "kürəkəni" ilə efirdə DAVAYA ÇIXDI - VİDEO

Hazırda oxunan: Cavanşir "kürəkəni" ilə efirdə DAVAYA ÇIXDI - VİDEO

144644

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş sevgilisi kimi təqdim edən Kemal Mustafa İbili “Təsir dairəsi” ictimai-sosial verilişinə çıxaraq, kömək istəyib.  

Bizim.Media xəbər verir ki, sözügedən proqramın canlı efirinə gələn C. Məmmədov K.Mustafanın yalan danışdığını və hazırda aralarında məhkəmə prosesinin getdiyini açıqlayıb. 

Əməkdar artist bildirib ki, Mustafaya 300 min dollar borcu yoxdur və bu iddia əsassızdır.

Məmmədovun sözlərinə görə, qarşı tərəfin ona 100 min dollar borcu var və o, pulu ödəməkdən boyun qaçırır: 

“Məndən xahiş edib ki, onu həbs etdirməyim. Hər həftə mənə min manat pul ödəyəcək. Hələ də pul verməyib. Pandemiyada iş yox idi, mən də maşınımı satıb pulu evə qoymuşdum. Mənə dedi ki, pul verin işə yatıraq və sizə hər ay pul ödəyək. Ailədə çox adam var, gəlirim ancaq toydandır. Pandemiyada toy olmadığı üçün buna inandım və pulu verdim. Sonra həyat yoldaşım dedi ki, qalan pulu da verək, evdə saxlamayaq. Beləcə, onun mənə 100 min dollar borcu yaranıb və o pulu geri qaytarmır”. 

Verilişin gedişatında tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham edərək, söz savaşına çıxıblar. Həmçinin proqram boyunca Cavaşir Məmmədovun tez-tez qarşı tərəfi “dələduz” deyə müraciət etdiyi üçün onu məhkəməyə verəcəyini vurğulayıb. 
Müğənni Mustafanın onun 20 yaşlı nəvəsi Rəfiqəyə də borcu olduğunu iddia edib. Daha sonra verilişin aparıcısı Lalə Azərtaş Rəfiqəni canlı efirə bağlayıb. O da qalmaqallı məsələdə babası ilə həmfikir olduğunu söyləyib.   

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO