Aslı Ənvər ana oldu

Aslı Ənvər ana oldu

Hazırda oxunan: Aslı Ənvər ana oldu

144504

Türkiyəli aktrisa Aslı Ənvər ana olub. 

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı sənətçinin qızı dünyaya gəlib.

Aslı övladına Elay adını verib.  

Qeyd edək ki, A. Ənvər ötən ilin noyabrında iş adamı Berkin Gökbudakla ailə qurub. 

Xatırladaq ki, Aslı Ənvər 10 may 1984-cü ildə Londonda anadan olub. İbtidai məktəbi Londonda oxuyan Ənvər 12 yaşında ailəsi ilə birlikdə İstanbula köçüb. İstanbul Haliç Universitetinin Teatr fakültəsini bitirən Aslı Ənvər ilk aktyorluq təcrübəsini “Hayat Bilgisi” serialı ilə qazanıb. 
2007-ci ildə İbrahim Kendirci, Dağhan Külegeç və Pelin Karahanla paylaşdığı "Kavak Yelleri" serialı ilə adından söz etdirib. Uğurlu aktyorluğu ilə diqqət çəkən Aslı Ənvər  “Sessiz”, “Yaxşımı?”, “Yeter ki, xoşbəxt ol”, “Kardeşim mənim”, “İstanbullu gəlin”, “Özgə yan” kimi bir çox serial və filmlərdə rol alıb.




Rəşad Əliyev,  Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO