Xalq artisti Röya Ayxan keçmiş həyatı yoldaşı Anar Cəlilovdan söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində fanatından gələn “Keçmiş həyat yoldaşınız Anar Cəlilovu sevirsiniz?” sualına cavabı ilə diqqət çəkib.
“Yox, ona hörmət edirəm. Çünki övladım Hüseynin atasıdır”, - deyə Xalq artisti vurğulayıb.
Bu anda isə proqramın aparıcısı Mətanət Əliverdiyevanın “Elə demə, sevirsən” sözlərinə Röya “Elə demə, onun ailəsi var. Aləmi bir-birinə qatma (gülür). Qadın gərək sevdiyi şəxsdən dünyaya uşaq gətirsin ki, hər ikisinə də böyük sevgi bəsləsin” şərhini verib.
Qeyd edək ki, Röya 2008-ci ildə iş adamı Anar Cəlilovla ailə qurub. Bir il sonra onların Hüseyn adında övladı dünyaya gəlib.
2014-cü ildə isə cütlük boşanıb. Müğənni boşanandan sonra ailə qurmasa da, Anar 3-cü dəfə ailə qurub. A. Cəlilov “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur.
Rəşad Əliyev, Bizim.Media