Cennifer Lopez son halı ilə pərəstişkarlarını MƏYUS ETDİ – FOTO 

Cennifer Lopez son halı ilə pərəstişkarlarını MƏYUS ETDİ – FOTO 

Hazırda oxunan: Cennifer Lopez son halı ilə pərəstişkarlarını MƏYUS ETDİ – FOTO 

144265

Dünya pop səhnəsinin əfsanəvi ulduzu Cennifer Lopezin çəkilən son fotoları gündəmə səs salıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hər zaman fit və ideal bədən quruluşu ilə modellərə “göz dağı” verən 53 yaşlı sənətçinin paparazzilər tərəfindən lentə alınan şəkilləri bu deyimi fərziyyəyə çevirib. 

Belə ki, əri Hollivud ulduzu Ben Afflek və uşaqları ilə birlikdə helikopterə minməyə gedərkən Lopezin qol altı hissəsinin çöküntülü və qırışlarla örtülməsi görənləri təəccübləndirib.

Pərəstişkarlarının fikrincə, Cennifer qeyri-kamil görünüb. Sosial şəbəkə əhli Lopezin bu halından ümumiyyətlə, dəhşətə gəliblər. Çünki onlar idman zalında, rəqs və yoqa studiyasında tər tökən məşhurda belə qüsur görəcəklərini gözləməyiblər.

İzləyicilər “Məşqə çox vaxt ayıran bir adam üçün qollar çox cılız görünür”, “Qolları heç dartılmır və elastik deyil”, “Cennifer, biz hamımız idmanda mətanətinizə heyranıq, amma hətta mənim əllərim də sizinkindən daha yaxşı görünür.
Yüngül çəkilərlə işləmək lazımdır”, “Əllərinə nə olub?! Bərbad görünüşdəsən” kimi şərhlər yazıblar. Cennifer Lopezi “dilə-dişə” salan həmin fotoları sizə təqdim edirik: 






Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO