Azərbaycanlı bloqer Qazaxıstanda fanat seli ilə QARŞILAŞDI - VİDEO

Azərbaycanlı bloqer Qazaxıstanda fanat seli ilə QARŞILAŞDI - VİDEO

Hazırda oxunan: Azərbaycanlı bloqer Qazaxıstanda fanat seli ilə QARŞILAŞDI - VİDEO

144231

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov Qazaxıstana yollanıb. 

Bizim.Media xəbər verir ki, axşam saatlarında Almatıya gələn Həsənov şam yeməyi zamanı pərəstişkarların hücumuna məruz qalıb. 

Fanat seli ilə qarşılaşan bloqer onların şəkil çəkdirmək arzusunu ürəklərində qoymayıb.

Qız pərəstişkarları Hüseyni görər-görməz heyrətdən bloqerin adını qışqıraraq üzərinə qaçıblar. Həsənovla selfi çəkdirmək üçün sevənlər uzun növbəyə düzülüblər.  

Həmin anları isə Hüseyn Həsənov sosial şəbəkə hesabında paylaşaraq “Almatı bizi belə qarşıladı. Şam yeməyinə gələrkən, sevənlərim növbəyə düzülüblər” şərhini yazıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO