Nazilə efirdə Xalq artistinin paxırını açdı:

Nazilə efirdə Xalq artistinin paxırını açdı: "Dedi ki, şairənin pulunu vermə" - VİDEO

Hazırda oxunan: Nazilə efirdə Xalq artistinin paxırını açdı: "Dedi ki, şairənin pulunu vermə" - VİDEO

144158

Şairə və qiraətçi Nazilə Səfərli Xalq artistinin paxırını el ilə bir edib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda bildirib ki, illər əvvəl yenicə sənətə gəldiyi vaxtlarda bir xanəndə ona qarşı xoş olmayan davranışın şahidi olub.

Nazilənin sözlərinə görə, Belarusa konsert şənliyindən çıxış edəndən sonra Xalq artisti şairəyə qonorarın verilməməsi istəyib. Bunu isə Səfərli öz qulaqları ilə eşitdiyini dilə gətirib:

"Bir xanəndə var, indi Xalq artistidir. Zamanında məni Belarusa aparıb bir qəpiksiz gətiriblər. O zamanlar mən bu sahədə yeni idim. Onda məni heç kim tanımırdı. Bir Xalq artisti digərinə dedi ki, Naziləni də özünüzlə konsert şənliyinə aparın. Biletimi aldılar və məni həmin şənliyə apardılar. Orada hamının pulu verdilər.

Konsert bitdi, otaqların önündən keçirdim. Öz qulağımla eşitdim ki, tarzən xanəndəyə deyir ki, Naziləyə niyə pul verirsiniz ki? Onu Belarusa gətirdik, gəzdirdik, bəsidir. Bunu eşidəndən sonra doluxsundum. Söhbət ondan gedir ki, yanımızda apardıqları ən adi bir işçinin pulunu verdilər. Onların o sözünü eştdim və çılğın Nazilə öldü.
Altı ildən sonra həmin Xalq artisti mənə zəng vurub soruşdu ki, balamın xeyir işini hansı məbləğə apararsan? Cavab verdim ki, pulsuz. Mən o Xalq artistinin övladının məclisini pulsuz apardım. Və ona demədim ki, sən illər əvvəl mənə qonorar verilməsinə qarşı çıxdın. O, Xalq artistinin adını açıqlamaq istəmirən".
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO