"Qurd"un xanımı: "Sevgini ifadə edəcəyimiz şəkillər" - FOTOSESSİYA/VİDEO

Hazırda oxunan: "Qurd"un xanımı: "Sevgini ifadə edəcəyimiz şəkillər" - FOTOSESSİYA/VİDEO

144122

"Qurd" ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminov pianoçu həyat yoldaşı Leyla Namazzadə və qızları Suğra ilə bərabər yeni fotosessiya etdiriblər.

Bizim.Media xəbər verir ki, musiqiçi ailə şəkillərini və "reels" formatında çəkilən videosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Leyla paylaşımlarına "Sevgini ifadə edəcəyimiz şəkillər. Qızımla bağlı qəlbim o qədər gözəl hiss və sözlərlə doludur ki, fotolara nə başlıq, nə də söz tapa bilirəm. Tək bildiyim ona hər gün belə baxmağımdır. Qızım sənə aşiqəm" şərhini yazıb.


Qeyd edək ki, cütlük ötən ilin iyulunda valideyn olublar. Onların qız övladı dünyaya gəlib. Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.

Fəridin isə bu, ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, ilk həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.
 



















Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO