Xoşqədəm və Doğuş AYRILIB? - FOTO 

Xoşqədəm və Doğuş AYRILIB? - FOTO 

Hazırda oxunan: Xoşqədəm və Doğuş AYRILIB? - FOTO 

143469

Türkiyənin bir sıra mətbuat orqanları aparıcı Xoşqədəm Hidayətqızı ilə müğənni Doğuşun ayrıldığı ilə bağlı xəbərlər dərc ediblər.  

Bizim.Media xəbər verir ki, məlumatlarda cütlüyün boşanma qərarı aldığı iddia edilib.   

Bildirilib ki, 9 il əvvəl nikah masasına oturan cütlük bir müddət əvvəl ayrılmaq qərarına gəlib.

Xəbərdə Doğuşun Xoşqədəmlə olan bütün fotolarını "Instaqram" sosial şəbəkə hesabından silməsi qeyd edilib.  

Həmçinin müğənni aparıcı xanımı izləmədən də çıxarıb. Yazıda ayrılığa Doğuşun Xoşqədəmin ailəsi ilə yaşadığı mübahisənin səbəb olduğu iddia edilib.  

Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün Arın və Arda adlı əkiz oğulları var. Cütlük artıq uzun müddətdir ki, birlikdə "Günaydın, Azərbaycan!" səhər verilişini aparır. Sözügedən proqramın bu həftəki buraxlışı Doğuşun iştirakı olmadan efirdə yayımlanıb. Bu isə cütlüyün ayrılıq xəbərlərini iddialarını daha da artırıb.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO