Jony: \

Jony: \"Gəlmişəm ki, bu səhnədə ruhumun bir parçasını qoyum\" - FOTO/VİDEO

Hazırda oxunan: Jony: \"Gəlmişəm ki, bu səhnədə ruhumun bir parçasını qoyum\" - FOTO/VİDEO

143181

Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin "Sea Breeze" ailəvi-istirahət mərkəzində canlı solo konserti baş tutub.

Bizim.Media xəbər verir ki, sənətçinin səhnəyə ilk çıxış mahnısı "Без тебя не Я" (Sənsiz mən deyiləm) hiti olub.  

İfasını yekunlaşdırdıqdan sonra Jony onu seyr etməyə gələn tamaşaçıları salamlayaraq, Vətəni Azərbaycanda olduğundan qürur və sevinc hissləri duyduğunu dilə gətirib:  

"Vətənimdə səhnəyə çıxanda istəmədən gözlərim yaşla dolur. Bura gələn hər birinizə dərin təşəkkürümü bildirirəm. Əzizlərim, sizi görməyə çox şadam. Konsertin gec başladığı üçün sizdən üzr istəyirəm. Gözlədik ki, hamı gəlsin, Tıxaclar... Və sonra gecəmizə başlayaq.


Budur, artıq hamımız toplaşmışıq. Gəlmişəm ki, bu gün bu səhnədə ruhumun bir parçasını qoyum. Kiçik yaşlarımdan musiqinin aşiqiyəm. Həyatımı musiqisiz təsəvvür belə etmirəm. Bir gün belə olmur ki, musiqi dinləməyim. İstər sevincli, istər qəmgin olanda musiqi hər zaman mənimlədir. Motivasiya alanda musiqiyə qulaq asıram.  

Allahıma təşəkkür edirəm ki, sizin üçün mahnı yazmaq kimi bir imkanı mənə verib. Bunu qiymətləndirdiyinizə görə sizə minnətdaram. Çox sağolun. Siz arzularımı gerçəkləşdirdiniz.  

Əgər siz tamaşaçılar mənə bu işdə mənə yardımçı olsanız, bu gün çox möhtəşəm konsert keçəcək. Buraya gələn hər birinizdən istəyirəm ki, mahnılarımı mənimlə birlikdə ifa edib, əylənəsiniz".  


Diqqət çəkən məqam isə pop ulduzun geyindiyi səhnə kostyumu olub. Belə ki, ifaçı əyninə bej rəngdə assimetrik biçimli pencək geyinib. Jony fərqli obrazını isə sadə ağ rəngli köynək ilə tamamlayıb.  

İfaçı konsert boyunca repertuarında yer alan hit bəstələrini səsləndirib. Tamaşaçılar pop ulduzun hər bir ifasını onunla birlikdə oxuyublar.  

Anşlaqla keçən musiqi dolu gecədən əməkdaşımızın lentə aldığı görüntüləri təqdim edirik:
 


 









Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO