Çingiz Əhmədov: “Uşaqlarıma məktəbdə deyirdilər ki, ataları “arvad paltarı”nda səhnəyə çıxır” – VİDEO

Çingiz Əhmədov: “Uşaqlarıma məktəbdə deyirdilər ki, ataları “arvad paltarı”nda səhnəyə çıxır” – VİDEO

Hazırda oxunan: Çingiz Əhmədov: “Uşaqlarıma məktəbdə deyirdilər ki, ataları “arvad paltarı”nda səhnəyə çıxır” – VİDEO

143070

Əməkdar artist Çingiz Əhmədov açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, 60 yaşlı sənətkar qonaq olduğu “Qonağın qonağı” verilişində kişi aktyorların qadın paltarı geyinməsindən danışıb. 

İllər əvvəl həmkarı Əməkdar artist Rəhman Rəhmanovla “Oradan-buradan” silsilə teletamaşalarda qadın obrazlarını canlandıran Əhmədov sözügedən mövzuya bu cür münasibət bildirib: 
“Mən 39 ildir ki, Akademik Musiqili Teatrda çalışıram. Həmkarım Rəhman Rəhmanov isə 50 ildir ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrında işləyir. “Oradan-buradan”ı yenidən bərpa etmək üçün həm vaxt, həm də məşqlər lazımdır. Eyni zamanda da güclü ssenaristə ehtiyac var.

O zamanlar övladlarım İbrahim və Çinarə kiçik yaşda idilər. Onları mütəmadi təhsil aldıqları 189 saylı orta məktəbdən götürürdüm. Onların yaşıdları uşaqlarımın başına yığışıb deyirdilər ki, bunların ataları “arvad paltarı”nda səhnəyə çıxır. Bunu eşitdim və mənə çox pis təsir etdi. O sözlərdən sonra dedim ki, yetər, qadın obrazında çıxış etmək. 2006-cı ildə sonuncu “Oradan-buradan” konsertini verdik.

Dedim ki, bununla da biz qadın paltarı geyinərək qadın obrazlarına son qoyuruq. Hər şeyin vaxtı, zamanı var. Bu da tükənməli, bitməlidir. Olmaz! Mən aktyoram.

Qadın paltarını çalışdığım teatrda da geyinə bilərəm. Marat Haqverdiyevin “Qısqanc ürəklər” komediya tamaşasında “hamilə qadın” və “sevgili qəhrəman” rolunu canlandırırdım. Teatr aktyorlarına qadın paltarı geyinib qadın obrazını oynamaq çox çətindir. Bizdən əvvəl qadın obrazlarını Mirzəağa Əliyev, Mösüm Sənani, Rafael Dadaşov, Yaşar Nuri canlandırıb”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO