Milyarder atası ilə “Titan”da ölən 19 yaşlı gənclə bağlı müəmmalı FAKT

Milyarder atası ilə “Titan”da ölən 19 yaşlı gənclə bağlı müəmmalı FAKT

Hazırda oxunan: Milyarder atası ilə “Titan”da ölən 19 yaşlı gənclə bağlı müəmmalı FAKT

143049

Xəbər verdiyimiz kimi, ötən gün “OceanGate” şirkəti sualtı “Titan”da sərnişinlərin öldüyünü təsdiqləyib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ekipajın ən gənc üzvü, iş adamı Şahzadə Davudun 19 yaşlı oğlu könülsüz yola düşüb. 

Ekspedisiyanın başlamasına bir neçə gün qalmış, sahibkarın bacısının NBC News-a verdiyi məlumata görə, Süleyman özünü narahat hiss edib. Səfər “Atalar Günü”nə düşüb və tələbə Titanikin əsl pərəstişkarı olan atasını incitməyib və onunla bu səfərə razılıq verib. 
Qeyd edək ki, sualtı qayıq bazar günü “Titanik”in qalıqlarına dalmağa başlayandan bir saat 45 dəqiqə sonra radarlardan itib. Sualtı qayıqda pakistanlı iş adamı və onun oğlundan başqa, britaniyalı milyarder Həmiş Hardinq, fransalı dalğıc Pol-Henri Nareole və mərkəzlə əlaqə qurmağı bacaran irlandiyalı Rori Qolden olub. Yalnız dünən itkin qayıqın əslində necə batdığı məlum olub. Dalış üçün sərnişinlər 250 min dollar (təxminən 425 min manat) ödəyiblər.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO