Əməkdar artist: “Var-dövlətimi qızıma versəm sabah mənə baxmayacaq” - VİDEO

Əməkdar artist: “Var-dövlətimi qızıma versəm sabah mənə baxmayacaq” - VİDEO

Hazırda oxunan: Əməkdar artist: “Var-dövlətimi qızıma versəm sabah mənə baxmayacaq” - VİDEO

142986

“Ataların bir sözü var: İnsan gərək qocalığı üçün nəsə saxlasın. Valideynlərə deyirəm, indidən hər şeyinizi övlada verməyin. Qoy, övlad sizdən asılı olsun, sizin ondan yox. Ata, ana öləndə onsuz hər şey övladındır. Vəsiyyət yaz qoy ki, bu filan övladındır, səndən sonra dava düşməsin. Hamısını verəndə valideyn pis hala qalır. Ata, ananın pulu olanda övlad pilləkəni beş-beş çıxır. Pul qurtaranda isə deyir, yenə gəldi, pul istəyəcək”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu “Elgizlə izlə” ictimai - sosial verilişində deyib.   

Valideyinlərini atan övladlardan söz açan sənətkar bildirib ki, var-dövlətini belə qızının adına keçirməyib:

“Qızımla bir yerdə yaşayıram. Bilirəm ki, mən öləndən sonra hər şey onundur. İndi var-dövlətimi qızıma vermərəm, o zaman mənə baxmayacaq. Övlad valideyndən asılı olanda onu çox istəyir. Olmayanda deyir, aparım qoyum bir yerə, nə edirəm onu. Pulun olmasa uşaq getməz məktəbə, pulun olsa, tikərsən beş mərtəbə”.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO