Cığatel düşmən olduğu Nazilənin adını eşidib efirdə güldü - VİDEO

Cığatel düşmən olduğu Nazilənin adını eşidib efirdə güldü - VİDEO

Hazırda oxunan: Cığatel düşmən olduğu Nazilənin adını eşidib efirdə güldü - VİDEO

142563

Şairə və qiraətçi Cığatel İsaqızı “qanlı bıçaq” olduğu həmkarı Nazilə Səfərlidən danışıb. 

Bizim.Media xəbər verir ki, Cığatel qonaq olduğu “7 canlı” axşam şousunda monitorda göstərilən Nazilə ilə bağlı şeir deməsi istənilib. 

İsaqızı düşmən kəsildiyi Səfərli haqda belə danışıb: 

“Nazilə haqda niyə ehtiyatlı olmalıyam ki? Mən Naziləyə şeir yazmamışam (gülür). Nazlana-nazlana gələr Salatın, elə gəlmə, göz dəyər sənə. Naziləni veriliş vasitəsi ilə salamlayıram. Nə olub axı?”. 

Qeyd edək ki, bir müddət əvvəl Cığatel İsaqızı verilişlərin birində qonaq olarkən “Nazilə Səfərli ilə aranız necədir?” sualına sərt şəkildə reaksiya verərək, aparıcıdan həmin sualın efirə getməməsini istəyib. 

Məsələ ilə bağlı Nazilə Səfərli Bizim.Media-nın əməkdarşı ilə söhbətində “Cığatelin qızı yaşındayam. Mənim onunla axı nə problemim ola bilər? Adam anası ilə problem yaşayar?

Əslində, Cığatelin adımı eşidəndə sərt reaksiya verməsi normaldır. Çünki ulduzlar tək-tək parlar” açıqlama vermişdi. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO