Ana efirə çıxıb qızının repçi tərəfindən qaçırıldığını iddia edir – VİDEO 

Ana efirə çıxıb qızının repçi tərəfindən qaçırıldığını iddia edir – VİDEO 

Hazırda oxunan: Ana efirə çıxıb qızının repçi tərəfindən qaçırıldığını iddia edir – VİDEO 

142377

12 iyun tarixində itkin düşmüş Qarayeva Səma Sərdar qızının anası “Səni axtarıram” ictimai-sosial verilişə pənah gətirib.

Bizim.Media xəbər verir ki, valideyn iddia edib ki, qızının evdən getməsinə səbəb tanınmış repçi Epidir (Əkbər Novruzlu). 

Yasamalda süpürgəçi işlədiyini deyən qızın anası bildirib ki, repçi uzun zaman Səmayla danışaraq onu evdən getməsinə təhrik edib, hətta maaşını belə ona xərcləyib: 

“Son günlər qızımı tanımırdım. Telefonu söndürüb qaçır. Əkbər deyilən biridir. Qızımı istəmir. Deyib ki, axırıncı dəfə onu “Gənclik”də qızıl mağazasının yanına apardım. Qızım onu “Instaqram”dan tanıyıb. 1 ilə yaxındır, o “adıbatmış”ı tanıyıb. 16 yaşında salonda işləyirdi.

Çıxardım ki, uşağım tez aldanandır. Nömrələrini qırdım, yenə də uşağımdan əl çəkmədi. O, özünü qəribə aparırdı. Otağına çəkilirdi, susqun kimi idi. Qızım evdə nə oldu, ona xəbər edirdi. Evdən son günlər pul götürürdü. Bu oğlan yiyəsiz olduğundan istifadə edib bütün evimizin sirrini öyrənib. Sirr isə mənim harada işlədiyim, atasının olmadığı, imkansız olmağımdır.

Bilmirəm, hara aparıb. Niyə mənim uşağıma köməklik edib? İşləmək, sərbəst olmaq istəyirdi. Qızım dedi ki, Epi məni istəyir. Dedim ki, istəyə bilməz. Qızımdan 10 yaş böyükdür. Qızımla bağlı arzularım var. Uşaqlarımı zülmlə saxlamışam.

Həyat yoldaşım vəfat etdi, amma mən çıxıb heç kimdən köməklik istəmədim. Üç uşağımı saxlamaq üçün iki növbəli işdə çalışdım. Mən qürurlu qadınam. Qızıma atasızlığı hiss etdirməmişəm. İndiki vəziyyətdə bilmirəm, başqa nə yola əl atım ki, qızımı tapım. Bu Epi bizim imkansız olduğumuzu fürsət bilib. Bu sevgi deyil, başqa şeydir. O, uşağıma nələrsə edib.

Övladımın ölüsünü-dirisini tapın, verin mənə. Övladlarımı heç kimin köməyi olmadan böyütdüm. Ürəyimə qızımla bağlı çox pis şeylər gəlir. Onun ölüb, yoxsa qaldığını bilmək istəyirəm. O, özü seçib bu həyatı. Mən Yasamal ərazisində yol süpürürəm.
Qızım maaşımı götürüb, gör, kimə yedizdirib. Övladlarım ac qalıb. Ondan-bundan borc pul alıb telefonuma “kontur” yükləyib, taksilərə xərcləyib qızımı gecə-gündüz axtarıram. Çörək yemirəm, çox pis vəziyyətdəyəm. Qızım məni başa düşmür. Onu haradasa təsir altında saxlayırlar. Onu pis vərdişlərə sürükləyirlər ”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO