Müğənnilər Günay İbrahimli və Çingiz Mustafayev uzun illərdən sonra bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, iki sənətçi Moskvada görüşərək məkanların birində birgə "Saçlarına gül düzüm" mahnısını oxuyublar.
Həmin anları sosial şəbəkə hesabında paylaşan İbrahimli bu görüşü keçmişə səyahət kimi xatırlayıb:
"Ən son 16 il əvvəl "Yeni ulduz 7" mahnı müsabiqəsində bir səhnəni paylaşmışdıq. 16 il sonra təsadüfən görüşüb, o illəri xatırladıq".
Qeyd edək ki, sözügedən yarışmanın yeddinci mövsümümünün qalibi Çingiz Mustafayev olmuşdu. Çingiz ölkəmizi 2019 -cu ildə "Truth" mahnısı ilə "Avroviziya" mahnı yarışmasında təmsil etmişdir.
O, müsabiqədə finala vəsiqə qazanaraq 8-ci yerdə qərarlaşmışdır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
19:48 / 15.06.2023
Günay 16 ildən sonra Çingizlə görüşüb, duet oxudu - VİDEO
Hazırda oxunan: Günay 16 ildən sonra Çingizlə görüşüb, duet oxudu - VİDEO
Hazırda oxunan: Günay 16 ildən sonra Çingizlə görüşüb, duet oxudu - VİDEO
141641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.