53 yaşlı Cennifer Lopezin “fotoşop sevdası” başına bəla oldu - FOTO

53 yaşlı Cennifer Lopezin “fotoşop sevdası” başına bəla oldu - FOTO

Hazırda oxunan: 53 yaşlı Cennifer Lopezin “fotoşop sevdası” başına bəla oldu - FOTO

141603

Dünya pop səhnəsinin əfsanəvi ulduzu Cennifer Lopez son paylaşımları ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, qatıldığı məclislərin birində Cult Gaia markasına məxsus 1946 dollar (təxminən 3308 manat) dəyərində asimmetrik “peruş”larla işlənmiş ətəyi ilə 53 yaşlı sənətçi bərq vursa da, çəkilən fotoda ulduzun vücudu görənlərin təəccübünə səbəb olub.

Məsələ burasındadır ki, Cenniferin bu fotolardakı ayaqları qeyri-təbii şəkildə uzun görünüb. Pərəstişkarları əminliklə Lopezin “fotoşop”dan istifadə etdiyini vurğulayıblar. 

Buna səbəb isə şəkillərdə dirsək səviyyəsindən başlayan ayaqlarının olması olub. 

“Bəli, bu gülməlidir! Ayaqlar fotoşopla uzadılıb”, - deyə izləyicilərdən biri yazıb. 

Digər izləyicilər isə müğənninin əlində tutduğu paltarın rəngində spirtli kokteyl bakalının olmasını görüb, Lopezi tənqid edib.

Buna səbəb isə uzun zamandır Cenniferin spirtli içkilər qəbul etməkdən imtina edərək, sağlam həyat tərzinə keçməsidir. Görünür müğənni şəxsi spirtli içki markasını reklamı üçün bu yola əl atıb. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO