Səidə: “İlhamə Quliyeva dünyasını dəyişəndən sonra şou-biznes bərbad hala düşdü” – VİDEO 

Səidə: “İlhamə Quliyeva dünyasını dəyişəndən sonra şou-biznes bərbad hala düşdü” – VİDEO 

Hazırda oxunan: Səidə: “İlhamə Quliyeva dünyasını dəyişəndən sonra şou-biznes bərbad hala düşdü” – VİDEO 

141403

“İlhamə Quliyeva dünyasını dəyişəndən sonra şou-biznesdə çox böyük dəyişikliklər oldu. Məncə, bu dəyişikliklər pis tərəfə oldu. Əvvəllər sensuza, bir-birindən çəkinmək vardı. Özbaşınalıqlar yox idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova qonaq olduğu “Xəzər axşamı" verilişində deyib. Mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı fikirlərini bölüşən sənətçi bildirib ki, onun mahnılarını oxuyub, yaşatmaq lazımdır: 

“Əvvələr biz sənətkarlarımızın qarşısında artıq-əskik söz danışmamışıq. Hətta oxumağa sərhəd bilib, utanmışıq. İndi isə tini dönüb, oxuyurlar ki, təki “TikTok” sosial şəbəkə platformasında videosu yayılsın, məşhurlaşsın. Ayıbdır! Çəkindim... İlhamə xanım heç zaman mənə “yox” deməyib. İlhamə xanım o qədər məni çox istəyirdi ki... Deyirdi ki, “Canım mənim, sən başqasan. Mən İlhamə Quliyeva ilə eyni bürcdənik. Biz “Şir” bürcüyük. Mən öz abrıma qısılıb deyirdim ki, o, sənətkardır. O, dünyada olmasa da, bu sənətə möhürünü vurub. Ondan sonra onun mahnılarını yaşatmaq daha düzgün olar”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO