Azərin: “Ərdoğan mənə demişdi ki, Azərbaycan bayrağını Qarabağdan asacağıq” – VİDEO 

Azərin: “Ərdoğan mənə demişdi ki, Azərbaycan bayrağını Qarabağdan asacağıq” – VİDEO 

Hazırda oxunan: Azərin: “Ərdoğan mənə demişdi ki, Azərbaycan bayrağını Qarabağdan asacağıq” – VİDEO 

141363

Xəbər verdiyimiz kimi, ötən gün ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət başçısı İlham Əliyev tərəfindən “Gülüstan” sarayında verilən ziyafətdə Xalq artisti Azərin “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirib. 

Bizim.Media xəbər verir ki, mötəbər mərasimdə sənətçinin əsərin sözlərini dəyişərək “Qafqazlardan aşmışıq biz, türklüyə şan qatmışıq biz. Azərbaycan bayrağını Qarabağdan asmışıq biz. Türkün şanlı bayrağını Qarabağda asmışıq biz” formada ifa etməsi Prezidentlər tərəfindən ayaq üstə alqışlanıb.

Azərin çıxışı ilə bağlı sevinc və qürür hisslərini bu sözlərlə ifadə edib:

“Çox qürurverici axşam idi. Növbəti dəfə cənab Ərdoğanın seçimlərdən sonra Azərbaycana gəlişi ənənəsinə sadiqliyidir. Vətəndaş, türk insanı və sənətçi olaraq bizim üçün əhdə vəfa önəmlidir. Bunu heç yerdə deməmişəm, cənab Ərdoğan baş nazir olduğu zaman Gülüstan sarayına gəlmişdi.

“Çırpınırdı Qara dəniz” mahnısını ifa etdikdən sonra sənətçilərlə görüş oldu. Həmin zaman mənə yaxınlaşdı və unutmayacağım bir cümlə dedi ki, “Azərin xanım söz, İnşallah, Azərbaycanın bayrağını Qarabağda asacağıq”.

Bu səs, cümlə hər zaman qulağımda idi. Çox böyük tarixcə idi, Əhməd Cavadın ailəsindən icazə alaraq əsərin sonunda dəyişiklik etmişdim ki, “Azərbaycan bayrağını Qarabağda asacağıq”.

Allah bunu dua kimi qəbul etdi, illərdir dünyanın harasına konsertə getdimsə, bu cür ifa etdim. Bu əsər xalqımız tərəfindən sevildi, könüllərində taxt qurdu. 2020-ci ildə Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Qarabağda zəfər bayrağı, Azərbaycan və Türkiyənin şanlı bayraqları yan-yana asıldı. İlk konsertdə mən də oraya getdim. Dünən yenidən tədbirə dəvət alanda, cənab Ərdoğanın sözləri qulağımda səsləndi. Azərbaycan heç vaxt Türkiyənin, Ərdoğanın verdiyi dəstəyi unutmayacaq. Ötən gün də əsəri o cür ifa etmək içimdən gəldi.

Düşünürəm ki, bundan sonra da böyük Əhməd Cavad və Üzeyir Hacıbəylinin əsərini belə ifa edəcəyik.

Bir sənətçi üçün ölkə başçılarının ayaq üstə alqışlaması qürurverici hadisədir. Hər şey bir bütün halda olmalıdır, orada ayaqüstə alqışlanan təkcə mən deyildim. Orada alqışlanan həm də Üzeyir Hacibəyli, Əhməd Cavad və bizim şəhidlərimiz idi. Onların tökdüyü qanla, canla Qarabağ bizə qayıtdı”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO