Zülfiyyə:

Zülfiyyə: "Qızlarımızı qorumaq üçün hər birimiz məsuliyyət daşıyırıq" - FOTO

Hazırda oxunan: Zülfiyyə: "Qızlarımızı qorumaq üçün hər birimiz məsuliyyət daşıyırıq" - FOTO

141122

“Dənizimin artıq 15 yaşı var. Qızım təhsilini davam etdirmək, sevdiyi peşə sahibi olmaq, öz ayaqları üstündə möhkəm durmaq kimi xəyallar qurur. Mən isə öz növbəmdə bu arzuların bir gün Dənizin reallığı olması üçün ona dayaq olmağa çalışıram”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva “Azərbaycan Cüdo Federasiyası”nın qızların idmana yönləndirilməsi ilə bağlı sosial videoçarxını sosial şəbəkə hesabında paylaşarkən yazıb.  

Sənətçi qızların erkən yaşda məcburən ailələri tərəfindən ərə verilməsinə qarşı çıxıb:

"Qızların hələ də erkən evliliyə məruz qalmaları məndə böyük təəssüf hissi doğurur. Bir gəncin uşaqlığına son qoymaq, xəyallarının üzərindən xətt çəkmək yolverilməzdir, bundan qızlarımızı qorumaq üçün cəmiyyət olaraq cavabdehik və hər birimiz məsuliyyət daşıyırıq. Övladlarımızın gələcəyi bizdən asılıdır, uşaqlıqdan onlara aşıladığımız dəyərlərin əhəmiyyətini dərk etməliyik, onları düzgün yönləndirməli, həyata həvəsləndirməliyik”.  

Xalq artisti qeyd edib ki, bu yöndə sosial kampaniyalar həqiqətən təqdirə layiqdir və bir qız anası olaraq “Azərbaycan Cüdo Federasiyası”na təşəkkür edib:

“Fərq yaradaq, qızlarımızda idmana olan sevgini dəstəkləyək!”.  

Qeyd edək ki, Zülfiyyə Xanbabayevanın həyat yoldaşı Zaur Məmmədov “Simurq” futbol klubunun keçmiş prezidenti olub.     

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO