Xalq artisti: “Tamaşalardan sonra 3 gün evə təcili yardım çağırıram” – VİDEO 

Xalq artisti: “Tamaşalardan sonra 3 gün evə təcili yardım çağırıram” – VİDEO 

Hazırda oxunan: Xalq artisti: “Tamaşalardan sonra 3 gün evə təcili yardım çağırıram” – VİDEO 

141036

“Uşaq vaxtı hind filmlərini izləmək üçün 20 qəpik verib kinoteatra gedirdim. Kiçik ölçülü dəsmalım vardı. Baxıb o qədər ağlayırdım ki... (gülür). Bütün zal çönüb mənə deyirdi ki, “Ay qız bəstir, ağladın. İmkan ver filmə baxaq, görək orada nə olub? Sonra evə gəlib bibimin geyimlərini geyinib özümü filmdəki hind aktrisalara bənzədirdim. Bığ qoyub, masanın üzərinı çıxıb ata olurdum”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva qonaq olduğu “Şənbə axşamı” verilişində deyib.

Sənətçi bildirib ki, anası onun sənətə gəlməsinə qarşı olsa da, bibisi hər zaman dəstək çıxıb:

“Bibim arzulayırdı ki, müğənni olum. Çünki səsim vardı. Hansı toya gedirdim deyirdi ki, oxu. Əlinə çubuğu alıb, Zeynəb Xanlarovanın çıxışı zamanı oxuduğu mahnıların sözlərini tez-tez vərəqə yazıb verirdi mənə. Deyirdi ki, get mətbəxə mahnının bu sözlərini əzbərlə. Mən də sözləri o dəqiqə əzbərliyə bilmədiyimə görə, ağlayırdım.

Başlayırdı, mənə mahnını oxutdurmağa, mən də ağlayaraq sözləri təkrarlayırdım. Deyirdi ki, düz təkrar et, sənin musiqi duyumun yoxdur. Bunu isə o, çox istədiyindən deyirdi. Amma əfsuslar olsun ki, o mənim aktrisa olmağımı görmədi. Çünki mən 10-cu sinifdə oxuyanda o, dünyasını dəyişdi. Onun böyük arzusu məni incəsənətdə görmək idi. Bəlkə də onun ruhu görür və sevinir. O, mənim bu sənətdə olmağım üçün çox çalışırdı. Üzərimdə çox böyük zəhməti var. Məni pianoya qoydu. Anam isə buna qarşı idi. Biz “Şeytan bazarı” adlanan ərazidə yaşayırdıq.

Orada qız küçəyə çıxa bilməzdi. Anam deyirdi ki, “Sən piano dərslərinə gedəcəksən? Biabır olacayıq”. Sonra bu dərslərimi yarımçıq qoydum”.

Qızının tərcüməçi olduğunu vurğulayan N.Allahverdiyeva onun bu sənətə böyük sevgisinin olduğunu söyləsə də, lakin buna qarşı çıxıb:

“Qızım tərcüməçidir. O, mənim monoloqlarımın hamısını əzbər bilir. Televizorun qarşısında oturub, başına ləçək bağlayıb, monoloqlarımı təkrarlayırdı. Görürdüm ki, bunun incəsənətə çox böyük həvəsi var.

Dedim ki, “Mən istəmirəm sən mənim çəkdiklərimi çəkəsən”. İstəmədim ki, qızım yolumu davam etdirsin və bu sənətə gəlsin”. Xalq artistinin sözlərinə görə, o, bu sənət üçün sağlamlığını qurban verib:

“Bizim sənət çox çətindir. Həyatda da komplekslə yaşayırsan. Çünki göz önündəyik. İstədiyin kimi azad və rahat ola bilmirsən. Bir yerə getdinsə diqqətlər üzərində olur. Axı məndə insanam, azad yaşamaq istəyirəm. Sənət qurban tələb edir. Mən bu sənət üçün əsəblərimi və ayağımı qurban vermişəm. Ayağım İTV-nin çəkilişlərinin birində Lerikdə dağın başında beş yerdən qırıldı.

Çox əziyyətlər çəkdim, hətta indi də ayağım ağrıyır və hələ də acısını çəkirəm. Aktrisa olaraq ayağımın ağrıması mənə çox əziyyət verir.

Hansısa rolu oynamaq üçün səhnəyə dikdaban ayaqqabıda çıxmalı oluram. Bir neçə saat həmin ayaqqabı ayağımdan çıxmır. Evə gələndən sonra ayağıma görə üç gün təcili yardım çağırıram. İynə vurdururam ki, ayaqlarımın ağrısı keçsin. Bədəlini belə ödəyirəm. Eybi yoxdur, qurbandır bu sənətə. Mən sənətlə heç zaman vidalaşmaq istəmirəm. Məni sənətdən yalnız ölüm ayıra bilər”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO