Toppuş bacının əri:

Toppuş bacının əri: "Qayınatam yenidən evlənməyimə icazə verib" - VİDEO

Hazırda oxunan: Toppuş bacının əri: "Qayınatam yenidən evlənməyimə icazə verib" - VİDEO

140684

"May ayının 30-u idi, gecə dedi ki, gedək biraz dəniz havası alaq. Sual verdi ki, Röyal, hər gün gələ bilərik bura? Cavab verdim ki, əlbətdə. Uşaq kimi elə sevindi ki,... Mən onun bu gülüşünü dərhal çəkmək istədim. O, mənə baxıb güldü. Bəli, bu nur üzlü xanım mənim həyat yoldaşımdır və mən o şanslı kişiyəm ki, bu cür namuslu, islamı, insanları sevən bir xanımla ailə qurmuşam".

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.    

Aktrisanın əri bildirib ki, qayınatası onun yenidən evlənməsinə razılıq versə də, o belə bir niyyətdə olmadığını söyləyib:

"Qayınatam mənə söylədi ki, “Röyal, sənə icazə verirəm ailə qur”. Mən dedim ki, mən evliyəm və mənim ailəm var, sadəcə dünyasını dəyişib.  

Nur üzlü yarım, övladımın anası, axirətdə görüşənədək. Sadəcə səbr edəcəyəm".  

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO