Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva səhhətindən şikayətlənib.
Bizim.Media xəbər verir ki, bloqer sosial şəbəkə hesabında post paylaşaraq, yaddaşsızlıq problemi ilə üzləşdiyini və buna görə narahatlıq keçirdiyini yazıb.
“Bilmirəm nədən sonra bu. baş verib, amma son zamanlar yaddaşım çox pis olub. Unuduram baş verənləri, danışıqları.... Bu, mənim üçün anormal haldır, çünki uşaqlıqda yaddaşımın əla olması ilə seçilmişəm. Hətta dialoq zamanı nə danışdığımı unuduram. Artıq bir ildi yazıram vacib detalları, hətta asistentimə də yazdırıram. Çünki hara yazdığımı da bəzən unuduram. İki dəfə koronavirusa yoluxduğum üçün ola bilərmi, deyə düşünürəm”.
Daha sonra izləyicilərinə səslənən Aynişan onların bu problemlə üzləşib, üzləşmədiyini sorğu-sual edib. Aldığı cavabı isə bu sözlərlə nəql edib:
“Unutqanlığımla bağlı mesajlar aldım. İnsanın bəziləri də eyni problemlə savaşırmış. Bir çox səbəblər yazılırdı. Ən çox isə koronavirus, vaksin, zob. İş orasındadır ki, məndə hər üçü var. İndi mən haradan bilim, sırf nədən yaranıb? Gələn həftəyə o qədər həkimdən randevu götürmüşəm ki,... Sizi də bu haqda məlumatlandıracağam".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:12 / 07.06.2023
Aynişan yaddaşını itirib? - FOTO
Hazırda oxunan: Aynişan yaddaşını itirib? - FOTO
Hazırda oxunan: Aynişan yaddaşını itirib? - FOTO
140191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.