Kirkorovun Jony ilə qardaşının açdığı restorana gəlişi BAYRAMA ÇEVRİLDİ - FOTO/VİDEO

Kirkorovun Jony ilə qardaşının açdığı restorana gəlişi BAYRAMA ÇEVRİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: Kirkorovun Jony ilə qardaşının açdığı restorana gəlişi BAYRAMA ÇEVRİLDİ - FOTO/VİDEO

140024

Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin qardaşı Tural Moskvanın mərkəzində restoran açıb. 

Bizim.Media xəbər verir ki, sözügedən məkanın açılışında qardaşların ailə üzvləri ilə yanaşı Rusiya şou-biznesinin bir sıra parlaq ulduzları da iştirak edib. 

Rusiyanın Xalq artisti Filipp Kirkorovun isə açılışa gəlməsi bayrama çevrilib. Belə ki, ulduz məkana gələr-gəlməz hər kəsin diqqətini özünə çəkib. Rusiyanın pop kralı Jony və Turalı təbrik edərək, xeyir-dua verib.  


Daha sonra isə Kirkorov Jony və onun ailəsi ilə bir araya gələrək, həmsöhbət olub və fotolar çəkdirib.  

Açılış boyunca qonaqlara restoranın məşhur aşpazları tərəfindən hazırlanan müxtəlif dadlı və ləzzətli təamlar təqdim olunub. 


Qeyd edək ki, Jony-nin qardaşı Tural Hüseynli diş həkimidir.
 














Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO