Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında Nizami rayonu ərazisində vəkil Şəfiqə Nağıyevanı maşın vurub.
Bizim.Media xəbər verir ki, vəkillər kollegiyasının üzvü ekspert qismində iştirak etdiyi “Ümid ilə gəl” ictimai-sosial verilişinin bugünkü canlı efirinə gəlib.
MÖVZU İLƏ BAĞLI:
Şəfiqə Nağıyevanı maşın vurdu - VİDEO
Nağıyeva qəzanı bu cür nəql edib:
“Ötən gün Tarix Əliyevin ad günü məclisində idik. O məclisi tərk etdiyimiz zamanı yoldan keçərkən taksi sürətlə üzərimə gəldi və məni vurdu. Təcili şəkildə “Live Bona Dea Hospitalı”na apardılar. Orada müayiənələrdən keçdim. Özümü hazırda pis hiss etmirəm. Amma bu qəzadan heç kim sağ çıxa bilməzdi”.
Vəkil taksi sürücüsündən şikayətçi olmadığını dilə gətirib:
“Mən qara geyinmişdim, yol da qaranlıq idi. Bu səbəbdən ola bilsin ki, sürücü görməyib və məni vurub. Taksi sürücüsünün ağır xəstə anası var. Uşaqları var, ailəsinə baxır. O, mənim millətimdir. Mən ondan şikayətçi olmayacağam”.