Məşhur Formula 1 pilotu yenə Şakira ilə yaxalandı

Məşhur Formula 1 pilotu yenə Şakira ilə yaxalandı

Hazırda oxunan: Məşhur Formula 1 pilotu yenə Şakira ilə yaxalandı

139921

Formula-1 üzrə 7 qat dünya çempionu Lyuis Hemilton növbəti dəfə Şakira ilə birlikdə görüntülənib.  

Bizim.Media xəbər verir ki, "Nersedes''in ulduz pilotu bazar günü baş tutan Barselona Qran-prisindən sonra dünyaca ünlü kolumbiyalı pop müğənni ilə birlikdə şam edib.  

Onlar dostlarının əhatəsində olublar. Son dönəmlərdə Hemilton ilə Şakira arasında sevgi münasibətlərinin olması barədə xəbərlər səngimək bilmir.  

İkili daha öncə Mayamidə yaxtaların birində yenə də tanışlarının əhatəsində, eləcə də restoranlardan birində görüntülənmişdi. Onlardan heç biri hələ ki, münasibətləri ilə bağlı rəsmi açıqlama verməyib.  

Xatırladaq ki, Hemilton Barselona Qran-prisini 2-ci pillədə başa vuraraq bu mövsümkü ən yaxşı nəticəsini təkrarladı. O, daha öncə Avstraliya etapını da 2-ci pillədə tamamlamışdı. Şəxsi birincilikdə isə Hemilton 4-cü pillədə qərarlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO