Gürcüstan televiziyasının efirində Azərbaycanın xalq mahnısı “Ay Laçın” səsləndirilib.
Bizim.Media xəbər verir ki, birinci kanalda yayımlanan sözügedən nəğmə “Ranina” uşaq müsabiqəsində Anastasiya Vasadze tərəfindən Azərbaycan dilində ifa olunub.
Qeyd edək ki, daha əvvəl “Ranina” yarışmasında Xalq artisti Polad Bülbüloğlunun repertuarında yer alan “Aman, aman ayrılıq” bəstəsi səslənmişdir.
Rəşad Əliyev, Bizim.Media