Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəlib.
Bizim.Media xəbər verir ki, ikili restoranların birində baş tutan toyda səhnə alıb.
Aygün ilə Namiq “Bağlanıram” adlı hit duetlərini birgə ifa ediblər.
Sənətçilərin səhnədə bir-biri ilə səmimi və isti münasibəti diqqətdən qaçmayıb. Onlar ifaları ilə məclisdəki qonaqlara xoş əhval bəxş edib, şəkillər çəkdiriblər.
Həmin anlar isə lentə alınaraq sosial şəbəkədə paylaşılıb.
Rəşad Əliyev, Bizim.Media