Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətkar qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat verib.
Səhhətində uroloji problem yarandığı üçün aktyor özəl tibb müəssisələrin birində təcili əməliyyata qərar verdiyini açıqlayıb:
“Bu əməliyyat mənim üçün möcüzə oldu. Sırağa gün əməliyyat olundum. Dünən xəstəxanadan çıxdım. Bu gün də avtomobilimə əyləşib gəlmişəm bu verilişə. Bu əməliyyat heç də asan əməliyyat deyil. Əməliyyat otağında oğlum Emilin mahnıları səslənirdi. Elə onun mahnıları fonunda əməliyyat olundum. Böyrəyimdən çıxarılan daşları əməliyyatdan sonra mənə verdilər. O daşları özümlə evə aparıb pilləkan tikəcəm. Pilləkan tikməyə pulum çatmırdı (gülür). Ağrı nədir, bilmədim. Əməliyyatdan sonra gecə çox gözəl yatdım”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:58 / 31.05.2023
Rəhman Rəhmanov əməliyyat olundu
Hazırda oxunan: Rəhman Rəhmanov əməliyyat olundu
Hazırda oxunan: Rəhman Rəhmanov əməliyyat olundu
138877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.