Aygün Kazımova bu dəfə \

Aygün Kazımova bu dəfə \"Barbi\" obrazı ilə heyran etdi - FOTO 

Hazırda oxunan: Aygün Kazımova bu dəfə \"Barbi\" obrazı ilə heyran etdi - FOTO 

138643

Son günlər arıqlaması və ideal bədən quruluşu ilə diqqətləri üzərinə cəmləyən Xalq artisti Aygün Kazımova yeni fotosessiyası ilə adından söz etdirib. 

Bizim.Media xəbər verir ki, sənətçi "Barbi" gəlinciyi obrazında obyektiv qarşısına keçib. 

İlklərə imza atan pop diva bu obraz üçün qısa sinə dekolteli, dar lateks materialdan hazırlanan açıq çərhayı rəngdə libas seçib. Kazımova imicini tamamlamaq üçün qulaqlarına iri həcmli halqavari sırğalar, qollarına isə qalın bilərziklər taxıb.

"Barbi" obrazını isə daha da canlı etmək üçün Aygün olduqca həcimli saç düzümü edib.  

Bir əlinə güzgü alaraq cazibəli  pozlar verən estrada ulduzu "Bu obrazın adı nə olsun? Sizə həvalə edirəm" başlığı ilə yeni fotosessiyadan olan şəkillərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Aygün Kazımovanı bu imicdə görən sosial şəbəkə əhli isə müğənninin ünvanına təriflər yazaraq, onu "Barbi" gəlinciyinə bənzədiblər. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO