Azərbaycanlı bloqerdən 11 yaşlı fanatına gözlənilməz SÜRPRİZ - VİDEO 

Azərbaycanlı bloqerdən 11 yaşlı fanatına gözlənilməz SÜRPRİZ - VİDEO 

Hazırda oxunan: Azərbaycanlı bloqerdən 11 yaşlı fanatına gözlənilməz SÜRPRİZ - VİDEO 

138615

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov növbəti dəfə təqdirəlayiq addımı ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, hazırda BƏƏ-də olan bloqer, məkanların birindən çıxarkən onu qəfildən gördüyü üçün heyrətdən donub qalan 11 yaşlı pərəstişkarı ilə görüşüb. 

Gözlərinə inana bilməyən oğlan Hüseyni qucaqlayaraq, onunla şəkillər çəkdirib. Sonra isə Həsənov məkandan uzaqlaşıb.  

Bir neçə dəqiqədən sonra bloqerin köməkçisi 11 yaşlı fanata yaxınlaşaraq, Həsənovun onu yenidən görmək istədiyini bildirib. Buna inana bilməyən oğlan köməkçinin arxasıyca gedib.

Hüseyn onu avtomobilində qarşılayıb. Fanatı bloqerin nəqliyyat vasitəsinə oturduqdan sonra bunları dilə gətirib:

"Dünən sizin avtomobilinizi gördüm. Anama yalvardım ki, biz dayanaq və sizin gəlişinizi gözləyək. Amma biz sizi uzun zaman qalıb gözləyə bilmədik". 

Hüseyn balaca pərəştişkarına ürəyində hansısa bir arzusunun olması ilə bağlı sual ünvanlayıb.

O isə bu suala belə cavab verib:

"Düzünü desəm, heç bilmirəm. Amma çox istəyirəm ki, böyüyəndə məşhur bir futbolçu olum. Buna isə zaman lazımdır". 

Hüseyn oğlanın bu sözlərindən sonra onunla bir neçə saatı birlikdə keçirtmək istədiyini bildirib və 11 yaşlı oğlanla birgə alış-veriş mərkəzlərinin birinə gəlib. 

Fanatına bahalı markalara məxsus bir neçə ədəd geyim və ayaqqabı alan Həsənov bu addımı ilə uşağın sevincinə sevinc qatıb. 
 
Bu görüşü heç zaman unutmayacağını söyləyən bloqerin 11 yaşlı pərəştişkarı Hüseynlə sağollaşarkən göz yaşlarına boğulub. 

Hüseyn Həsənov həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Həmin kadrları təqdim edirik: 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO