Nigar İbrahimova yaxın saatlarda ana olacağını AÇIQLADI - FOTO 

Nigar İbrahimova yaxın saatlarda ana olacağını AÇIQLADI - FOTO 

Hazırda oxunan: Nigar İbrahimova yaxın saatlarda ana olacağını AÇIQLADI - FOTO 

138535

Müğənni İradə İbrahimovanın stilist bacısı Nigar İbrahimova bu günlərdə ana olacaq. 

Bizim.Media xəbər verir ki, Nigarın bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb. 

Dünyaya oğlan övladı gətirəcəyini bildirən İbrahimova bir neçə saata əməliyyata girəcəyini açıqlayıb: 

“Həyatımda daha bir möcüzənin bitib, digərinin başlaması anına girəcəyəm, inşallah. 9 ay bətnimdə insan böyütməyin zövqünü, duyğusunu yaşadan Allaha min dəfə sonsuz şükürlər olsun. Duyğularım izahsızdır. Sadəcə bunu hər arzusunda olan qızlarımızın yaşamasını arzulayıram.  

Bu lütfü mənə yaşadan Allaha min kərə şükürlər olsun. Təşəkkür edirəm. Əmanət məndən məmnundurmu, bilmirəm, amma əmanətə gözəl baxdım. Könlümüzdən keçən gözəl şeylərin haqıında xeyirli olması diləyi ilə arzularınıza çatın, qızlar. Övlad arzusuyla evinizin çırağı yansın, işıq saçsın, heç vaxt boynunuz bükük qalmasın, köks ötürməyəsiniz, hansısa uşağı görəndə siz də ürəkdən sevin və doğru günü, doğru saatını, tarixi gözləyin.  
Gözəl əməllər edib, bir gün Allah mübarək mükafatı ilə qapınızı döyəcək. Əminəm və təcrübəmi sizinlə içdən bölüşdüm. Bu möcüzənin uzun hekayəsi var, dostlarım bilir”. 

Qeyd edək ki, Ruslan Saniyev adlı bəylə ailəli olan Nigar İbrahimovanın Selcan adlı bir qız övladı var. 
















Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO