Başı qalmaqallardan açılmayan Rusiyanın Xalq artisti Alla Puqaçova məhkəməyə verilib.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb əfsanəvi ulduzun 800 kvadratmetrlik dəbdəbəli villasının yerləşdiyi Moskva vilayətinin İstra şəhərinin birinci sahil xətti üçün sahil zolağının icarə haqqını ödəməməsi olub.
Puqaçovanın 44,5 min rubl (təxminən 9389 manat), üstəgəl təxminən 7 min rubl (147, 7 manat) əlavə cərimə borcu var.
Qeyd edək ki, bu yaxınlarda əfsanəvi Primadonnanın İstradakı bağ evini satışa çıxardığı məlum olmuşdu.
Elanı müğənninin ABŞ-a köçən nəvəsi Nikita Presnyakov həyat yoldaşı Alena ilə birlikdə yayıb. Bildirilib ki, ulduzlara layiq mülkün potensial alıcısı 225 milyon rubl (təxminən 4,7 milyon manat) ödəməlidir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:30 / 25.05.2023
Alla Puqaçova məhkəməyə verildi
Hazırda oxunan: Alla Puqaçova məhkəməyə verildi
Hazırda oxunan: Alla Puqaçova məhkəməyə verildi
137922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.