Xəbər verdiyimiz kimi, 30 yaşına qədəm qoyan bloqer Aysel Şükürova özünə doğum günü hədiyyəsi olaraq, Dubayda dünyanın ən hündür tikilisi Bürc Xəlifə binasının üzərində 3 dəqiqəlik video görüntülərini əks etdirib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkə fenomeninin sözügedən tikilinin üzərində görüntülərinin nümayiş edilməsi real olmayıb.
MÖVZU İLƏ BAĞLI:
Aysel Şükürova Dubayda özünə 68 min dollarlıq “hədiyyə etdi” - VİDEO
Belə ki, bu videonun fotoqraf Elvin Məmmədov tərəfindən hazırlandığı üzə çıxıb.
Qeyd edək ki, 2019-cu ildə açıqlanan rəqəmlərə görə, “Burj Khalifa”da 3 dəqiqəlik reklamın qiyməti həftəiçi 68 min (təxminən 115600 manat), həftəsonu isə 95 min dollar (təxminən161500 manat) təşkil edib.
Rəşad Əliyev, Bizim.Media