Ötən gün Moskvada “Crocus City Hall”da RU.TV kanalının sayca 12-ci Rusiya musiqi sənayesini qorumaq və dəstəkləmək devizi altında Rusiya Musiqi Mükafatı gecəsi baş tutub.
Bizim.Media xəbər verir ki, “İlin ən yaxşı kişi müğənnisi” nominasiyasının qalibi "Jony" ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli olub.
Sənətçi mükafatlanma mərasimində səhnəyə çıxaraq “Никак” (Heç cürə) mahnısını ifa edib.
O, hər zaman olduğu kimi mötəbər tədbirə ailəsi (valideynləri və qardaşı) ilə qatılıb.
Azərbaycanlı müğənni sosial şəbəkə hesabında mükafatlanma gecəsindən sonra anası ilə avtomobildə çəkdiyi fotosunu paylaşaraq “Yoruğunuq, amma razıyıq” şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media