Nazilə Səfərli:

Nazilə Səfərli: "Arzularım cibimdəki pul qədərdir" - VİDEO

Hazırda oxunan: Nazilə Səfərli: "Arzularım cibimdəki pul qədərdir" - VİDEO

137653

“Yaradıcılığa başlayanda məni incidənlər, indi süfrəmin başında çörək yeyənlərdir. Elə insanlar var ki, zamanında məni sancıb, əzib, incidib. Bir gün gəlib deyir ki, mən bilməzdim ki, sən bu zirvəyə qədər gəlib çıxarsan”. 

Bizim.Media xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli qonaq olduğu “Həyat tərzi” verilişində deyib. 

Sənətçi bildirib ki, arzuları cibindəki pul qədərdir: 

“Bu həyatı yaşadığım müddətcə elə bir şey olmayıb ki, onu Allahdan istəyim, o isə bunu mənə verməsin. Hələ elə bir şeyə rastlaşmamışam. Çünki arzularım boyumu aşan olmadığından Allah onu mənə yetirir. İnsanlar var ki, oturub deyir ki, Trampın binası mənim olsun. O mən deyiləm. Arzularım cibimdəki pul qədərdir. Ona görə Allah onu mənə yetirir”. 

İkinci oğlunu evləndirmək istədiyini söyləyən Nazilə vurğulayıb ki, oğlu maddi baxımından gəlirinin yaxşı olmadığı üçün subaylığın daşını atmağa tələsmir: 

“Çox istəyərəm ki, ikinci övladım da evlənsin. Amma o deyir ki, ailə qurmağa hazır deyiləm. Vətən üçün normal övlad böyütmüşəm. Oğlum ali məktəbi bitirib, hərbi xidmətini də başa vurub. Peşəsi də, qazancı da var. Oğlum hesab edir ki, sevdiyi qızı təmin etsin, yuvanı isə qurmaq üçün daha çox pul qazansın. Deyir ki, daha yaxşı qazancım olanda, evlənəcəyəm. Söyləyir ki, qəbul edə bilmərəm ki, həyat yoldaşıma nəsə lazım olanda onun pulunu gəlib səndən istəyim. O səbəbdən istəmir mənə və atasına yük olsun. Özü sevdiyi qızın təlabatlarını ödəmək istəyir. Bilir ki, qızı alıb, xanım kimi saxlamaq üçün hələ gəliri istədiyi səviyyədə deyil. Amma sevdiyi qız var”. 

Özünü qayınana kimi hiss etmədiyini söyləyən N.Səfərli gəlinlərə “öyüd, nəsiyyət” verib: 

“Gəlinimin yanında özümü qayınana kimi hiss etmirəm. Biz insanıq, gəlin, bir-birimizlə nələrisə bölüşək. Hər yaşda ağıllı gəlin qayınanadan, heç savadı olmayan qayınana da onun təcrübəsindən faydalanmalıdır. Ağıllı gəlin böyükdən nə gördüsə götürüb, faydalanmalıdır. Dikbaş, yekəxana olmayın. Böyüklərə qulaq asmaq lazımdır”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO