Murad Arifin anşlaqla keçən konsertində YAŞANANLAR – FOTO 

Murad Arifin anşlaqla keçən konsertində YAŞANANLAR – FOTO 

Hazırda oxunan: Murad Arifin anşlaqla keçən konsertində YAŞANANLAR – FOTO 

137304

Xəbər verdiyimiz kimi, bəstəkar-müğənni Murad Arifin uzun zamandır hazırlaşdığı ilk solo konserti baş tutub. 

Bizim.Media xəbər verir ki, ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında keçirilən musiqi gecəsində sənətçi hit mahnılarını və duetlərini səsləndirib.

Səhnəyə çıxmazdan əvvəl media əhli ilə görüşən M.Arif onların suallarını cavablandırıb. Murad konsertinin hesabat xarakteri daşıdığını dilə gətirib:

“Ölkədə ən çox səhnə alan müğənnilərdən olduğum üçün həyəcanlı deyiləm, alışmışam. Ayırdığınız diqqət mənim üçün çox önəmlidir. Belə cəsarətli addımı atdığım üçün çox xoşbəxtəm. Nadir solo konsertlərdən olacaq ki, səslənəcək olan 22 mahnıdan 20-nin həm söz, həm də musiqi müəllifi özüməm.
Səhnədə sürpriz duetimi səsləndirəcəm. Həyatımda yeni mərhələ olan, bu iki möhtəşəm anı eyni günə sığdıra bilmişəm. Qarşıdan gələn üç ay ərzində bütün ortamları çalxalayacaq musiqi olacağına ümid edirəm. Duetimizə klip çəkdirməyi də düşünürük. Bu gün qarşınızda müğənni kimi durmuşam, sabah məşhur ictimai xadimlə veriliş hazırlayıb, jurnalist-aparıcı kimi qarşınızda ola bilərəm”. 

Beş kq çəki itirdiyini söyləyən sənətçi idmanla deyil, konsert hazırlıqları sayəsində arıqladığını diqqətə çatdırıb:

“İstədiyim çəkini əldə etməsəm də, konsert hazırlıqları, rəqqaslarla məşqlər, görüşlər-müzakirələr stresslər nəticəsində arıqlamağa nail oldum. Növbəti konsertlərdə daha fit formada qarşınızda olacağam. Konsert üçün iki səhnə geyimi nəzərdə tutmuşam”. 

Konsertə “İnşallah” mahnısı ilə başlayan Murad səhnədə kövrəlib. “Qəlbimdəki melodiyaları insanlara ötürmək istəyən sadə bir azərbaycanlının xəyallarının gerçəkləşməsidir. Mahnı yazan insan emosionaldır. Sadəcə, onları sözlə və ya göz yaşı ilə ifadə etməyi sevmirəm”, - deyə ulduz vurğulayıb. 

Musiqi gecəsində Murad Arifi duet ortaqları yalnız buraxmayıb. Murad Xalq artisti Tünzalə Ağayeva ilə “Ürəyimsən”, Əməkdar artist Lalə Məmmədova ilə “Bu şəhər ikimizə dar”, müğənni Günel Zeynalova ilə “Tufan” mahnılarını oxuyub.

Sənətçi Xalq artisti Aygün Kazımova ilə oxuduqları “Kokteyl” mahnısını ilk dəfə təqdim edib. M.Arif konsert tarixi ilə bağlı maraqlı məqamı da açıqlayıb: “Jurnalistlər sual verdi ki, niyə konserti 19 mayda edirsiniz? Anlamlı, dərin məna yükü olan bir cavab gözləyirlər məndən, amma çox fikirləşdim, dedim olduğu kimi deyim. Çox xahiş edirəm, gülməyin. Bu yaxınlarda özümə şəxsi astroloq tapmışam.

Dedi ki, planetlər, ulduzlar elə şəkildə düzüləcək ki, Murad, hamı gələcək. Sən demə, həyatında şəxsi astroloq varsa, ən sadə addımların da nəzarət altındadır.

Konsert hazırlıqları, reklamlar getməlidir. Zəng edib qırıla-qırıla deyirsən ki, olar həftənin 4-cü günü, axşam 9-un yarısı anonsu paylaşasınız. Ciddi-ciddi adamlar soruşur ki, Murad, bu, nə PR strategiyasıdır? Mən necə izah edim ki, axı Merkuri... Çox qəribə məqamdır. Çox istərdim ki, həyatda nəyə inanırsınızsa, niyyətiniz gözəl olsun. Bu gün niyyətimiz gözəl idi”.
Murad Arif “Qələbə” mahnısını ilə konserti başa vurub. Anşlaqla keçən gecədə onu seyr etməyə gələn tamaşaçılar isə sənətçini gür alqışlarla səhnədən yola salıb.
























Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO