Brilliant Dadaşova: “Mentalitet uşaqlarımızı məhv etdi” - VİDEO

Brilliant Dadaşova: “Mentalitet uşaqlarımızı məhv etdi” - VİDEO

Hazırda oxunan: Brilliant Dadaşova: “Mentalitet uşaqlarımızı məhv etdi” - VİDEO

137258

Xalq artisti Brilliant Dadaşova növbəti açıqlaması ilə adından söz etdirib: 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Göstərir radio” verilişində həyat yoldaşı Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailə qurmasının 35 ili tamam olduğunu bildirib. 

Proqramın aparıcısı Elnarə Təhməzovanın “Övlad, qadın, həyat yoldaşı, ana və sənətkar - bu sadalananların içində xoşbəxtlik daha çox hansındadır?” sualına Brilliantın cavabı belə olub:

“Bu ay evliliyimizin 35 illiyi tamam olur. Alla Puqaçovanın çox gözəl sözü var: Bizim bəxtimiz bizə verilən bir kitabdır. Deyirlər ki, vərəqləri yazılıb. Amma orada boş səhifələr də var. Hansı ki, biz o səhifələrə əlavələr edə bilərik və yazarıq”. 

Müğənni, həmçinin subay xanımların ailə qurarkən diqqətli olmağa səsləyib: 

“Biz özümüz ətrafımızı seçə bilərik. Qohumlarımızı deyil, həyat yoldaşımızı özümüz seçə bilərik. Ona görə qızlarımıza hər zaman deyirəm ki, düzgün həyat yoldaşı seçin. Onlar düzgün həyat yoldaşı seçməyəndə deyirəm ki, lazım deyil evdə oturun. İş o deyil ki, sizin ailəniz olsun. Mentalitet uşaqlarımızı məhv etdi. Mütləq ailə olsun, qızlar kimə gəldi ərə getsin. Onlara söyləyirəm ki, belə etməyin. Özüm, ailəm, qohumlarım, ətrafım salamatdırlarsa, mən xoşbəxtəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO