İradə: “Görəsən nə yaxşılıq etmişəm ki, belə ailəyə gəlin köçmüşəm” - VİDEO

İradə: “Görəsən nə yaxşılıq etmişəm ki, belə ailəyə gəlin köçmüşəm” - VİDEO

Hazırda oxunan: İradə: “Görəsən nə yaxşılıq etmişəm ki, belə ailəyə gəlin köçmüşəm” - VİDEO

137226

“Qətiyyən heç zaman udulmaqdan qorxmamışam. Elə bir qorxum olsaydı meydanı boş qoymazdım. Bu səviyyəyə gəlmək üçün çox fədakarlıqlar vermişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova “Sözbaz” maqazin verilişinə müsahibəsində deyib. 

Ailəsindən söz açan sənətçi həyat yoldaşı, iş adamı Ceyhun İzerə eşqini bu sözlərlə ifadə edib: 

“Həyat yoldaşım heç bir zaman “Aman, niyə mən ailə həyatı qurdum” kəlməsini mənə yaşatmayıb. Çox xoşbəxt və şanslı bir insanam. Bunu kəlmələr və cümlələrlə izah edə bilmərəm. Hətta deyirəm ki, görəsən nə yaxşılıq etmişəm ki, Allah qarşıma bu kimi gözəl insanları çıxarıb və belə bir ailəyə gəlin köçmüşəm. Hərdən Allaha deyirəm ki, hər şeyin gözəlini mənə vermisən.

Bu, bir sınaqdır? Hətta qorxuram. Bunu bir imtahan olaraq düşünürəm. Bu imtahandan gözəl qiymət alıb çıxaram. Hüzurum, sevincim, xoşbəxtliyimin daimi olması üçün əlimdən gələni edirəm, edəcəyəm də”. 
Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzerlə ailə həyatı qurub.

Cütlüyün 2010-cu ildə İpək adlı qız övladı dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlunu dünyaya gətirib.  

Hazırda İradə İbrahimova ailəsi ilə birlikdə İstanbul şəhərində yaşayır.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO