Kübra Əliyeva: “Siyavuş Aslanın oğlunu kimsəsizlər məzarlığında basdırmaq istəyirdik” - VİDEO

Kübra Əliyeva: “Siyavuş Aslanın oğlunu kimsəsizlər məzarlığında basdırmaq istəyirdik” - VİDEO

Hazırda oxunan: Kübra Əliyeva: “Siyavuş Aslanın oğlunu kimsəsizlər məzarlığında basdırmaq istəyirdik” - VİDEO

136576

Əməkdar artist Kübra Əliyeva Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanın vəfatından söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətkar bununla bağlı aparıcı Elgiz Əkbərin “YouTube”da yayımlanan verilişində danışıb. 

K.Əliyevanın sözlərinə görə, Çingizi öncə kimsəsizlər məzarlığında dəfn etməyi planlaşdırıblar: 

“Bir sıra jurnalistlər gecə saatlarında mənə zəng edib Siyavuş Aslanın oğlu Çingizin ölüm xəbərini verdilər. Səhərisi gün xəstəxanaya zəng vurdum. Sual verdim ki, Çingizin meyitini biz götürüb, dəfn edə bilərik? Cavab verdilər ki, qayda qanun var. Öncə birinci və ikinci qan qohumları gəlib onun nəşini götürə bilər. Biz onları gözləyirik.

Siz Çingizin hansı qohumusunuz, deyib nəşini götürəcəksiniz? Dördüncü gündən sonra, bir insanlıq halı kimi ixtiyarınız var Çingizin nəşini götürüb dəfn etməyə. Düşündük ki, əgər qan qohumları gəlməsə, onu kimsəsizlər qəbiristanlığında dəfn edəcəkdik. Xəbər aldım ki, Çingizin nəşini tezdən gətirəcəklər Təzəpir məscidinə. Bu xəbərə çox sevindim. Elə gecə ilə Çingizin qardaşı Eldarla danışdım. Eldar Sumqayıtda kirayədə qalır”. 

Daha sonra K.Əliyeva E.Əkbərə Çingizə mütəmadi yardım göstərdiyinə görə təşəkkürünü bildirib: 

“Elgiz 21 gün onu iki dəfə həkimə göndərib reabilitasiya mərkəzində müalicə edib. 2 dəst geyim alıb, geyindirib. İdman geyim mağazası Elgizin xətrinə görə razı oldu ki, Çingizi ora işə düzətsin və orada gecələsin. Yeməklə təmin etmək və maaş da verməyə razılaşmışdı. Amma məlum oldu ki, orada da bir həftədən sonra yaxşı işlərlə məşğul olmayıb”. 
Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi keçirirdi. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO