Hadisə konsertində Sərvər Bəşirlini səhnəyə dəvət etdi - VİDEO

Hadisə konsertində Sərvər Bəşirlini səhnəyə dəvət etdi - VİDEO

Hazırda oxunan: Hadisə konsertində Sərvər Bəşirlini səhnəyə dəvət etdi - VİDEO

134836

Ötən gün Bakı Konqress Mərkəzində konsert proqramı ilə çıxış edən Türkiyənin pop ulduzu Hadisə növbəti dəfə nümunəvi addımı ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, Türkiyədə dəhşətli zəlzələdən zərərçəkənlərə Bakıda yardım məntəqəsinə öz köhnə avtomobili ilə yardım aparan Sərvər Bəşirlini sənətçi səhnəyə dəvət edib.

Hadisə Sərvərə Türkiyəyə dəstək olduğu üçün minnətdarlığını bildirib:

“Məncə, yaşadığımız fəlakətdəki rəmzlərdən biri oldu. Hamımızın gözünü doldurdu, ağlatdı. İlk gündən yola çıxdı, yardıma gəldi. Biz birlik olanda çox gözəlik”.
Konsertdə yaşanan həmin görüntüləri təqdim edirik:
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO