Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanın vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkədə sənətkarın oğlunun zərərli maddə qəbul edərək "Mərkəzi Park"ın ərazisində yerdə uzanıqlı vəziyyətdə görüntüləri yayılıb.
Paylaşılan məlumatda əlavə olunub ki, Çingiz dünyasını bir neçə gün əvvəl dəyişib.
Qeyd edək ki, spirtli içki aludəçisi olan Çingiz Aslan uzun müddət səfil həyatı yaşayıb. O dəfələrlə ictimai-sosial verilişlərə çıxaraq, müalicə olunmaq üçün kömək istəyib. Proqramlar ona dəstək çıxsalar damərhum sənətkarın oğlu yenidən səfil həyatına geri dönüb.
Rəşad Əliyev, Bizim.Media