Uşaqları Jerar Pikeyə ŞƏRT KƏSİBLƏR 

Uşaqları Jerar Pikeyə ŞƏRT KƏSİBLƏR 

Hazırda oxunan: Uşaqları Jerar Pikeyə ŞƏRT KƏSİBLƏR 

134472

Məşhur futbolçu Jerar Pikenin sevgilisi, dünya pop ulduzu Şakiraya xəyanəti cütlüyün birgə böyütdükləri iki övladı 10 yaşlı Milan və 8 yaşlı Saşaya təsirsiz ötüşməyib. 

Bizim.Media xəbər verir ki, müğənniyə yaxın mənbə keçmiş aşiqlərin uşaqlarının atalarının xəyanətini ona bağışlamadığı və hadisədən sarsıntı keçirdiklərini bildirib.

Analarının tərəfində olan Milan və Saşa “Intrusos” nəşrinin jurnalisti ilə söhbətlərində ataları Jerarın yeni sevgilisinin yanında olmaq istəmədiklərini dilə gətiriblər.

Uşaqları, həmçinin atalarının qarşısında şərt də kəsiblər. Pike onları Mayamidə tək, yeni sevgilisi Klara Çiya olmadan ziyarət etməlidir. 

“Saşa ilə Milan xəyanət olayında analarını mütləq dəstəkləyirlər, çünki onlar ötən il onun nə qədər əziyyət çəkdiyini görüblər”, - deyə jurnalist fikirlərini ifadə edib. 

Xatırladaq ki, Şakira Jerar Pikedən uzaq olmaq üçün iki övladı ilə Mayamiyə köçüb. Qeyd edək ki, Şakira və Jerar Pike 2010-cu ildə “2010 FIFA Dünya Kuboku”nun himni olan “Waka Waka” mahnısının çəkilişləri zamanı tanış olublar.
Cütlük vətəndaş nikahında yaşayıb və iki oğul böyüdüb - doqquz yaşlı Milan və yeddi yaşlı Saşa. 2022-ci ilin yayında 12 illik evlilikdən sonra məşhurlar ayrılıb. Ayrılmaya səbəb isə Pikenin Klara Çiya adlı xanımla Şakiraya xəyanət etməsi olub. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO